Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, illərdir istifadə edilən tüstü qumbaraları hərəkətdə olan tankları gizlətmək üçün kifayyət qədər effektivdir.
Yeni nəsil bu tipli qumbaraların isə artıq infraqırmızı şüalara qarşı bulud təmin edəcəyi gözlənilir.
“Görünə bilən ərazinin kənarı üçün olan sensorların inkişafından dolayı yeni, yüksək qabiliyyətli örtüklərə ehtiyac var. Hər bir örtük müəyyən bir tezlikdə işığın qarşısını ala, yaxud dağıda bilər. İstifadə etdiyimiz dumanların əksəriyyəti görünə bilən və ya infraqırmızı spektrdə istifadəsizdir. Yeni proqramın məqsədi isə görünüşü bloklayacaq və infraqırmızı spektrdə əsgərləri görünməz edəcək yeni örtük əldə etməkdir”, - deyə ABŞ ordusunun “Edgewood” Kimyəvi Bioloji Mərkəzinin tədqiqatçısı Zak Zander bildirib.
Sevinc Əliyeva
Ordu.az