"Chatham House"un eksperti: "Cəbhə xəttində gərginlik artacaq"

2018/03/üqeqü_1521298233.jpg
Oxunub: 1279     21:47     17 Mart 2018    
"Hazırda aparılan danışıqlar heç bir əhəmiyyət daşımır. Cəbhə xəttində gərginlik artacaq".

Ordu.az xəbər verir ki, bunu erməni KİV-lərinə verdiyi açıqlamasında "Chatham House"un Rusiya və Avrasiya proqramı üzrə elmi əməkdaşı Lorens Broers bildirib.

ATƏT-in Minsk qrupunun monitorinq heyətinin genişləndirilməsi fikrinə münasibət bildirən Broers, bunun nizamlanma prosesinin tərkib hissəsi olduğunu bildirib.

"Bütün müddəalar üzrə razılaşma olmadığı halda, ayrıca bəndlər ətrafında razılıq əldə etmək qeyri-mümkündür. Yaxın gələcəkdə qarşılıqlı etimadı möhkəmlədən tədbirlərin görüləcəyinə inanmıram. ATƏT bir təşkilat olaraq konsensus üzərində işləyir, lakin hər hansı tədbirə məcbur edə bilməz. Hazırda Ermənistanda konstitutsiya dəyişikliyi, Azərbaycanda seçki mərhələsidir. Bu siyasi tədbirlərin başa çatmasını gözləmək lazımdır. Bu mərhələdə heç bir irəliləyiş gözləmirəm", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, postsovet məkanında genişmiqyaslı və kiçik miqyaslı müharibələrin qarşısının alınması üçün məsul olan struktur həqiqətən həssasdır.

"Hazırda aparılan danışıqlar heç bir əhəmiyyət daşımır, danışıqlar naminə danışıqlar aparılır. Hazırda diqqət mərkəzində daxili məsələlər durur. Əhəmiyyətli dəyişikliklər gözlənilmir", -deyə Broers əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Chatham-House   Qarabağ  

"Chatham House"un eksperti: "Cəbhə xəttində gərginlik artacaq"

2018/03/üqeqü_1521298233.jpg
Oxunub: 1280     21:47     17 Mart 2018    