Tomas de Vaal: “Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb”

2018/03/765578456456_1521276639.jpg
Oxunub: 1008     12:50     17 Mart 2018    
“Növbəti müharibə kütləvi dağıntılara, çoxsaylı itkilərə səbəb olacaq. Dağlıq Qarabağ ətrafındakı vəziyyət sülhə nisbətən müharibəyə daha yaxındır. Heç kimin növbəti müharibəni təxmin edə bilməz”.

Ordu.az xəbər verir ki, bunu “Karnegi” fondunun böyük elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal erməni KİV-lərinə verdiyi müsahibədə bildirib.

De Vaalın sözlərinə görə, 20160-ci ilin aprel ayından etibarən hərbi ritorika daha aqressiv hala gəlib və təmas xətti daha da hərbiləşdirilib.

“Bu proses iki lider, İlham Əliyev və Serj Sarkisyan tərəfindən tənzimlənir və əgər liderlər öz fikirlərini dəyişsələr, vəziyyət çox tez dəyişə bilər. Prezident Əliyev yenidən seçildikdən sonra danışıqlar prosesini aktivləşdirmək istədiyinə dair qərar qəbul edərsə, çox şey edə bilər. Ancaq gəlin gözləyək və görək. Hər şey mümkün olsa da, çox optimist deyiləm. Düşünürəm ki, Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb. Ölkədə böyük vətənpərvərlik hissi yaradıb, xalq rəhbərliyin ətrafında birləşdi”, -deyə o qeyd edib.

Ekspert heç kimin münaqişənin necə olacağını təxmin edə bilməyəcəyini çoxsaylı itgilərin olacağını qeyd edib: “Heç kim münaqişənin necə olacağını təxmin edə bilməz. Bizim ehtimal edə biləcəyimiz tək şey kütləvi dağıntıların və çoxsaylı itkilərin olacağını deməkdir. Birincisi, status-kvo Azərbaycanı qane etmir. Ermənistanda bunu heç vaxt unutmamalıdırlar. Onlar torpaqlarını itiriblər, bir çox insanlar evlərini itirib, buna görə status-kvo Azərbaycan üçün sərfəli deyil. Onlar həmişə status-kvonun dəyişdirilməsinə çalışacaqlar”.

Danışıqlar prosesində gələcəkdə irəliləyiş əldə ediləcəyinə toxunan ekspert münaqişənin yekun nizamlanmasını bu şəkildə təsvir edib: “Hesab edirəm ki, bu problem yalnız Qarabağ ermənilərinin bu gün yaşadıqları ərazilərdə və azərbaycanlı qaçqınların evlərinə qayıtmasına imkan verəcək kütləvi təhlükəsizlik zəmanəti olduqda həll edilə bilər. Buna görə də, böyük bir təhlükəsizlik tədbiri həyata keçirmək və status məsələsini mümkün qədər uzun müddətə təxirə salmaq lazımdır. Beləliklə, azərbaycanlılar Dağlıq Qarabağ ətraf rayonlarına qayıdacaqlar və status məsələsi təxirə salınacaq. Bu hər iki tərəfi təmin edəcək yeganə modeldir. Hesab edirəm ki, daha geniş məsələlərin həllinə keçməzdən əvvəl bəzi asan məslələri addım-addım həll etmək lazımdır”.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Xəbər lenti

Tomas de Vaal: “Azərbaycan aprel döyüşləri zamanı uğur qazanıb”

2018/03/765578456456_1521276639.jpg
Oxunub: 1009     12:50     17 Mart 2018    