Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, Binəli Yıldırımın sözlərinə görə, Azərbaycanla Türkiyə regional təhlükəsizliyin təmin olunmasında, terrorizmlə mübarizədə birgə əməkdaşlıq edir:
“Dağlıq Qarabağ Azərbaycanın haqlı məsələsidir. Azərbaycanda soyqırım törədilib və Ermənistan buna görə cavab verməlidir. Buraya (Dağlıq Qarabağ-red) terrorçuların yerləşdirilməsi yekun nəticəyə təsir etməyəcək. Əgər dost və qardaş Azərbaycana, ya da Türkiyəyə qarşı terror təhdidi baş versə, qarşılığı mütləq olacaq”.
Ordu.az