Tomas de Vaal: “Heç kəs münaqişənin “ağası” olmaq istəmir”

2018/03/295156_1521115695.jpg
Oxunub: 2684     20:05     15 Mart 2018    
“Dağlıq Qarabağ münaqişəsi halında beynəlxalq ekvilibrium mövcuddur. Münaqişənin sülh yolu ilə tənzimlənməsinin prespektivləri yeri və beynləlxalq baxış bucaqlarıdır”.

Ordu.az News.am nəşrinə istinadən xəbər verir ki, bu barədə İrəvanda Qafqaz İnstitutu tərəfindən Britaniya Münaqişələr, Stabillik və Təhlükəsizlik Fonunun maliyyə dəstəyi ilə realizə edilən proqram çərçivəsində təşkil olunan konfransda iştirak edən Karnegi Avropa Fondunun baş elmi əməkdaşı Tomas de Vall bildirib.

Onun sözlərinə görə, münaqişənin geosiyasi olması barədə fikirlər əsassızdır.

“Xatırlatmağa dəyər ki, Rusiya və Türkiyə arasında 2016-cı il hadisələri ilə üst-üstə düşən ciddi münaqişə yarandı, lakin münaqişənin dinamikası əsaslı şəkildə dəyişmədi. Yəni o, Rusiya və Türkiyənin münasibətlərindən asılı deyil. Əgər münaqişə geosiyasi olsaydı, dinamikanın dəyişilməsini gözləmək olardı”, - deyə ekspert qeyd edib.

Bununla əlaqədar olaraq o bildirib ki, dünyada yeni tendensiya yaranıb – iri dövlətlər regionda – Bakı və İrəvanda maraqlara sahibdir və bu maraqlar onların müaqişənin həllindəki maraqları üzərində üstünlüyə malikdir. Rusiyanın maraqları Bakı və İrəvanın münasibətləri ilə əlaqədardır.

Ekspert bu münaqişənin həllində Rusiya, ABŞ və Avropa arasında yetərincə güclü konsensusun olduğunu qeyd edib: “Yanaşmalar həmdər ölkələrin dövlət başçılarının müxtəlif bəyanatlarında səsləndirilib. Onların nəticəyə təsir baxımından ciddi fərqləri yodur, yalnız nüanslar fərqlidir. Lakin ekvilibrium vəziyyəti yekun status məsələsində ikili məna daşıyır, burada baxış yoxdur, qərar vermək isə sonraya saxlanılır. Tərəflər arasında aktiv diplomatik və informasiya müharibəsi davam edir”.

Ekspertin fikrinə görə, hər iki tərəf hərbi münaqişənin bitmədiyini düşünür və əmindirlər ki, daha bir ciddi müharibə olacaq. Bu səbəbdən İrəvan və Bakı mümkün güzəştlər mövzusunda yetərincə ehtiyatlı davranır.

“Hamı münaqişənin həllini istəyir, lakin bunun üçün öz tərəfindən minimum xərc olmasını arzulayır. Heç kəs münaqişənin “ağası” olmaq istəmir”, - deyə de Vall qeyd edərək ATƏT-in effektivliyi barədə çox tənqidi sözlər deyib.

De Vaal bütün sənədlərin eyni şəkildə sülhün möhkəmlənməsi və etibar atmosferinin möhkəmləndiyini qeyd etdiyini bildirib. Ekspert qeyd edib ki, döşəmə qurmadan ev tikmək olmaz. Danışıqları davam etdirməyin zəruriliyi barədə danışan ekspert kəndlilərin Dublinə gedən yol barədə sual vermələrinə dair İrlandiya məsəlini nümunə gətirib: “Mən Dublinə getməyə buradan başlamazdım”.

“Lakin haradansa başlamaq lazımdır”, - deyə de Vaal vurğulayıb. Onun sözlərinə görə, qonşular - İran və Gürcüstan münaqişə tərəfləri ilə yaxşı əlaqələrə malik olaraq müsbət rol oynaya bilər.

“Lakin Qarabağ üzrə dinamikanın dəyişəcəyini düşünmürəm”, - deyə de Vaal vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Danışıqlar  


Bizi "telegram"da izləyin