"Həmsədrlər tərəflərin danışıqları davam etdirmək niyyətini alqışlayır" - Kasprşik

2018/03/345345-(2)_1521101336.jpg
Oxunub: 3303     16:07     15 Mart 2018    
"Minsk Qrupunun həmsədrləri mövcud seçki dövrünü nəzərə alaraq, tərəflərin danışıqları davam etdirmək niyyətini alqışlayırlar".

Ordu.az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəliyi (Anjey Kasprşikin ofisi), "Tert.am"ın hazırda fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin potensialını artırmaq üçün praktik addımlar atılırmı deyə ünvanladığı sorğuya bu şəkildə cavab verib:

"ATƏT-in Minsk Qrupu həmsədrləri yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla və 18-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüşlərindən sonra regiona səfər edib və bəyanat qəbul ediblər.

"Minsk Qrupunun həmsədrləri mövcud seçki dövrünü nəzərə alaraq, tərəflərin danışıqları davam etdirmək niyyətini alqışlayır",- deyə ofisin verdiyi cavabda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   Qarabağ   Kasprşik  


Bizi "telegram"da izləyin