Ordu.az Tert.am saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ermənistandakı səfiri Cudit Farnuort bəyan edib.
Diplomatın sözlərinə görə, problemin həllində irəliləyişə nail olmaq üçün münaqişə tərəflərinin cəmiyyətlərində sülhün bərqərar olmasının mümkünlüyü ilə bağlı fikir möhkəmlənməlidir.
“Dağlıq Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında, sülh yolu ilə həll olunmalıdır və ATƏT-in Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyirik”, - deyə Farnuort bildirib.
Alpər Mövludoğlu
Ordu.az