ABŞ-da Saakyana qarşı etiraz aksiyası keçirildi - FOTOLAR

2018/03/144_1521052816.jpg
Oxunub: 1423     22:27     14 Mart 2018    
Xəbər verildiyi kimi, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi təqdim edən Bako Saakyan ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı martın 14-də ABŞ Konqresinin Kannon binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazanmaq məqsədi daşıyan tədbir keçirilib.

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ nümayəndəliyi, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə bir neçə ermənipərəst qanunverici dəvət edilmişdi.

Bu yığıncaqla eyni vaxtda Kannon binasının qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf rayonlardakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilər əllərində Saakyanların, Sarkisyanların hərbi cani olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassallığı və onun müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının qətnamələri barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar. Binanın qarşısından keçən və binaya daxil olan bir çox şəhər sakinləri etirazçılara yaxınlaşaraq Ermənistanın Azərbaycana qarşı təcavüzünə qarşı çıxıb, soydaşlarımızın aksiyasına dəstək olduqlarını bildiriblər.

Ermənilərin təbliğat xarakteri daşıyan tədbirinin Konqres binalarından irində keçirilməsi onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejiminə legitimlik qazandırması xarakteri daşıyıb.

Qeyd edək ki, erməni lobbi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərib onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Lakin onların səyləri puç oldu. ABŞ Azərbaycanlıları Şəbəkəsi ABŞ qanunvericilərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. Kampaniya nəticəsində ABŞ konqresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqil olması, Ermənistanın Azərbaycan ərazilərində yaratdığı qondarma qurumun kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri barədə məlumat verilib. Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha geniş məktub göndərib və qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülkü əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani qrupunun bir üzvü olan Bako Saakyanın dəvətini rədd etməyə və siyasəti ABŞ-ın milli maraqlarına uyğun olmayan Ermənistanı pisləməyə çağırıb. (AzərTac)

Ordu.az

Teqlər: ABŞ   Saakyan   Etiraz-aksiyası  

Xəbər lenti

ABŞ-da Saakyana qarşı etiraz aksiyası keçirildi - FOTOLAR

2018/03/144_1521052816.jpg
Oxunub: 1424     22:27     14 Mart 2018    