Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq

2018/03/resizer-6_1520953778.jpg
Oxunub: 1159     18:21     13 Mart 2018    
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Ordu.az-ın məlumatına görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.10.8-ci yarımbəndində göstərilmiş məbləğin 10 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Ordu.az

Teqlər: Qarabağ   Əlillər   Prezident  

Xəbər lenti

Qarabağ əlilləri və şəhid ailələri üçün mənzillər alınacaq

2018/03/resizer-6_1520953778.jpg
Oxunub: 1160     18:21     13 Mart 2018    