Onun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur.
Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək: “ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Rusiya Federasiyasının xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə eksperti Qriqori Trofimçuk amerikalı həmsədrin sözlərini şərh edib.
Trofimçuk qeyd edib ki, danışıqlar prosesində müsbət irəliləyiş əldə etmək üçün münaqişə tərəfləri ilə yanaşı həm həmsədrlər, həm də beynəlxalq ictmaiyyət davamlı olaraq səmimi səy göstərməlidir, yoxsa bu münasibət sonda münaqişə tərəflərindən çətin qərarların qəbul edilməsini tələb edəcək.
O, Şeferin sözlərini təhlil edərkən Birləşmiş Ştatların münaqişənin nizamlanması üzrə öz proqramı olduğunu, lakin oyunun kartlarını açmadığını bildirib.
"Ümumiyyətlə Şefer haqlıdır. Dağlıq Qarabağ münaqişəsinin heç bir hərbi yolla həlli yoxdur. Çünki müharibə, yalnız Qarabağı deyil, bütün bölgəni məhv edəcək. Lakin eyni zamanda status-kvonun saxlanılmasına da ümid yoxdur. Yəni, Sheffer məlum olan şeyləri olduqca açıq-aşkar olduğunu söylədi. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri getdikcə daha aktivləşir. Bu, özü də çox vacib bir faktdır", - deyə ekspert qeyd edib.
Bundan başqa Trofimçuk hansı qərarlardan söhbət getdiyini deməsə də, çətin qərarların verilməsi haqqında da danışıb. Onun sözlərinə görə, ABŞ hansısa bir təklif edə bilər ki, bu da ABŞ-ın münaqişənin həllini yerindən tərpətmək niyyətində olduğunu göstərir.
Ekspert, aprel döyüşlərindən sonra bir çox yeni sənədlərin ortaya çıxdığına da diqqət çəkib: "Aprel döyüşlərindən sonra bir çox yeni sənədlər ortaya çıxıb. Lakin bu sənədlər, münaqişənin həlli istiqamətində irəliləyiş əldə etmək üçün heç bir fayda verməyib".
Onun fikrinə görə, mövcud status kvo, Amerika Birləşmiş Ştatlarından başqa münaqişənin həlli üzrə öz proqramı olan ATƏT-in Minsk qrupunun bütün həmsədr ölkələrinə sərf edir.
"Amerika bu sonsuz status-kvo ilə uyğun gəlməyən bu vəziyyətə təsir göstərə biləcək bir proqrama malikdir və Şeffer bəzi çətin qərarların gözlənildiyini bildirir. Bu həll proqramı nədən ibarətdir? ABŞ hələ açıqlama verməyərək, bunun üçün lazım olan maksimum məlumatları toplayır. ABŞ-ın hər hansısa bir proqrama malik olduğuna əminəm. Lakin Amerika vəziyyətin növbəti dəfə gərginləşməsini gözləyir və o zaman kartlarını açaraq masaya qoyacaq", - deyə Trofimçuk vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az