Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun ABŞ-da Senat və nümayəndələr palatasının üzvləri, amerikalı ekspertlərlə, həmçinin erməni icmasının üzvləri ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan ərazilərində formalaşdırdığı qondarma qurumun təmsilçisi kimi özünü təqdim edən şəxsin, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan ABŞ-a səfəri təmamilə qanunsuz xarakter daşıyır.
Rəsmi Bakı dəfələrlə, istər Avropa İttifaqında, istərsə də ABŞ-da fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistanın bu yolla Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırlan qondarma qurumu təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışdığını bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az