Ordu.az xəbər verir ki, bunu İtaliyanın ATƏT-dəki sədrliyinin mətbuat attaşesi Covanni Davoli “Armenpress” nəşrinə müsahibəsində bildirib.
- 2018-ci ilin aprel ayından İtaliya ATƏT-in sədridir. Onun prioritetləri nələrdir?
- 11 yanvar 2018-ci il tarixində ATƏT Daimi Şurasının iclasında İtaliya xarici işlər naziri Ancelino Alfanonun bəyan etdiyi kimi, onların sayı 3-dür.
Keçmiş sədrlərin fəaliyyətini davam etdirərək biz Ukraynada və onun ətrafında, o cümlədən ATƏT ərazisində olan digər münaqişələrin həllini bütövlükdə dəstəkləyəcəyik, Nazir Alfano bu məqsədli yanvarın 30-31-də Ukraynaya səfər etdi, ATƏT-in fəaliyyətdə olan sədri kimi Donbasda və Moskvada (fevralın 1-də) oldu.
Biz ATƏT-in miqrasiyada rolunu fərqləndirərək Aralıq dənizi hövzəsində vəziyyətədə xüsusi diqqət göstəririk.
ATƏT-in üç “istiqaməti” üzrə aktiv yanaşma nümayiş etdiririk: hərbi-siyasi, iqtisadi-təbiət mühafizəsi və insan hüquqları. Yalnız bundan sonra milli msələlərlə bağlı sahələr (terrorizm, kiber təhlükəsizlik, qanunsuz silah daşıma ilə mübarizə, narkotiklər, mədəni dəyərlər və zərərli tullantılar) yer alır.
- ATƏT sədri kimi Qarabağ münaqişəsinin həlli prespektilərini necə görürsünüz?
- Bu qərarın tərkib hissələri danışıqlar masası üzərindədir – onlar Minsk Qrupu tərəfindən təqdim edilib. Müvafiq olaraq biz artıq qəbul edilən yanaşmaya tam uyğun şəkildə fəaliyyət göstəririk. Keçmiş sədrlər ruhundan fəaliyyət göstərərək Minsk Qrupunu dəstəkləyəcəyik. Madrid prinsipləri və Helsinki yekun aktı ruhunda tərəflərə kömək üçün hər şey edəcəyik.
Ağalar Qəribov
Ordu.az