Ordu.az xəbər verir ki, bu günlərdə hərbi hissə komandiri Baxsiyanın adına hərbi polisdən məktub daxil olub.
Məktubda 8-ci bölüyün komandiri Karen Levonyanın döydüyü 3 əsgərin və nalayiq söyüşlərlə təhqir etdiyi bir hərbi qulluqçunun şikayət etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparmaq məqsədilə hərbi qulluqçular Vaqarşak Gazaryan, Mişa Çilingaryan və Gevork Hayrapetyanın, həmçinin onları döyən bölük komandiri Karen Levonyanın hərbi polisə göndərilməsi də məktubda qeyd olunur.
Fakt öz təsdiqini taparsa K.Levonyan həbs ediləcək.
Ordu.az