Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bəyan edib.
O, bu barədə “KTMT üzvləri üçün əsas hərbi təhlükələr” mövzusu üzrə Moska-İrəvan, Astana, Bişkek-Minsk arasında telekörpü çərçivəsində bildirib.
Sidorov qeyd edib ki, KTMT müqavilələri konkret olaraq Ermənistanla imzalayıb və buna uyğun olaraq İrəvan qarşısında onun müvafiq öhdəlikləri var.
Bununla yanaşı, general-polkovnik əlavə edib ki, Ermənistan və Azərbaycan arasında vəziyyət yetərincə gərgindir, lakin ölkələrin bir-birindən paytaxtlarını alacaqları qədər gərgin deyil.
Sidorov diqqqəti KTMT-nin bu və ya digər üzvünün iştirak etdiyi münaqişəyə həmin dövlətin öz xahişi olmadan təşkilatın həmin münaqişəyə müdaxilə etmək səlahiyyətinin olmadığına yönəldib. General-polkovnik qeyd edib ki, NATO-da isə kömək üçün həmin dövlətin bu barədə xahiş etməsini gözləmirlər. Onun fikrincə, bu, tam şəkildə doğru deyil və NATO üzvü olan ölkələrin suverenliyini təhqir edir.
Ağalar Qəribov
Ordu.az