"Əl-Məsdər": TSQ və ASO Afrində strateji rayonu ələ keçirib

2018/03/4684231351_1520256011.jpg
Oxunub: 2633     21:17     05 Mart 2018    
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrində birgə həyata keçirdiyi “Zeytun Budağı” əməliyyatında böyük irəliləyiş əldə edərək strateji əraziləri ələ keçirib.

Ordu.az “Əl-Məsdər” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı Afrinin əhəmiyyətli məntəqəsi olan Şeyx Hədid rayonu terrorçulardan azad olunub.

TSQ və ASO-nun rayona bütöv nəzarəti ələ keçirməsi nəticəsində YPG terrorçuları həmin ərazidən tamamilə çəkilməyə məcbur olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   TSQ   ASO  


Bizi "telegram"da izləyin