Mərakeşdən Azərbaycana dəstək: "Hər iki ölkə təcavüzlə üzləşib"

2018/03/Nasser-Bourita--e1515703361435-15202447685645_1520247448.jpg
Oxunub: 1673     18:22     05 Mart 2018    
"Marakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib. Hər iki ölkə üçün bu, vacib məsələsidir".

Ordu.az xəbər verir ki, bunu Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanla münasibətlər həmrəylik, qarşılıqlı dəstək əsasında formalaşır: "Bu, həm də münaqişələrə aiddir. Marakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib. Hər iki ölkə üçün bu, vacib məsələsidir. Bizim münasibətimiz BMT qətnamələrinə əsaslanır. Mövqeyimiz isə ərazi bütövlüyünün qorunmasına sadiqliyi ifadə edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mərakeş-Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin