"Qarabağ danışıqları seçkilərdən sonra intensiv davam etdiriləcək" - Məmmədyarov

2018/03/Elmaar-Memov41_1505305788145645_1518430502_1520246614.jpg
Oxunub: 3686     18:02     05 Mart 2018    
"Azərbaycan və Mərakeş arasında əlaqələr 1992-ci ildə qurulub. Ölkələrimiz arasında strateji səviyyədə əməkdaşlıq da ola bilər, çünki hər iki dövlət beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir. Bu ilin sonu və ya gələn ilin əvvəllərində konkret layihələr üzrə hökumətlərarası komissiyanın ikinci iclasını keçirmək qərarına gəldik. Biznes-forum da keçiriləcək".

Ordu.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Məmmədyarov qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məmmədyarov   Qarabağ-danışıqları  


Bizi "telegram"da izləyin