ABŞ xüsusi təyinatlıları Afrikada necə öldürülüb? – Görüntülər YAYILDI

2018/03/usa1_63245645_1520237271.jpg
Oxunub: 4503     16:03     05 Mart 2018    
ABŞ patrul xidmətinin ötən ilin payızında Nigerdə uğursuz əməliyyatının görüntüləri ictimailəşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüntülər “Directorate 4” portalında yayılıb.

Kadrlarda 11 ABŞ beretlilərinin, 30 Niger hərbçisinin və təcrüməçinin mühasirəyə düşməsi görünür. Bölmə Mali ilə sərhəddə olan Tonqo yaşayış məntəqəsində terrorçulara qarşı əməliyyat keçirməli idi. Burada İŞİD rəhbəri ola bilərdi. Lakin burada terrorçular olmadı və bölmə geri qayıdarkən mühasirəyə düşdü.

Görüntülərdən əsgərlərin razılaşdırılmamış şəkildə, xaotik hərəkət etməsi diqqətdən yayınmır. Ümumi idarəetmə dərhal itirilir. Hətta ABŞ xüsusi təyinatlıları da dağınıq hərəkət edirlər.

Qrup maksimal surətlə atəşdən yayınmaq yerinə asta temlə mövqeyini dəyişir. ABŞ generallarının dediyi kimi də, bu, mübarizə deyil, intihardır.

Kadrlardan da göründüyü kimi, hərbçilər yolsuzluq maşının arxasında gizlənərək cavab atəşi açırlar. Onlar Hollivud filmlərindəki kimi dərhal bir neçə tüstü qumbarası atırlar və bununla vəziyyətin dəyişəcəyinə ümid edirlər. Lakin xüsusi təyinatlılar məsafəni artırmaq yerinə rəqibə özlərini əhatəyə almaq şəraiti yaradırlar.

Məlumata görə, bu əməliyyatda ən azı 4 ABŞ xüsusi təyinatlısı və 4 niger hərbçisi həlak olub.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niger   XTQ  


Bizi "telegram"da izləyin