AİPAC-ın konfransında Milli Qəhrəmanımızın xatirəsi anılıb - FOTOLAR

2018/03/1_1520232942.jpg
Oxunub: 2001     14:52     05 Mart 2018    
Vaşinqton şəhərində ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AİPAC) illik siyasi konfransı çərçivəsində artıq ənənəyə çevrilmiş Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilib.

Ordu.az Azərbaycannın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 250 nəfərədək ictimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrinin nümayəndələrinin qatıldığı seminarda əvvəlki illərdəki kimi Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları proqramının direktoru Svante Kornel iştirak edib.

Azərbaycanda əsrlər boyu müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin dostluq və mehribanlıq şəraitində yaşadığını qeyd edilib və hər bir Azərbaycan vətəndaşı üçün Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş milliyətcə yəhudi olan Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun əsl vətənpərvərlik nümunəsi olduğu da vurğulanıb.

Bundan əlavə, çıxışlarında Mark Levin, Brenda Şaffer və Svante Kornel tolerantlıq ənənələrinə və dinlərarası dialoqa dair çoxsaylı misalları qeyd edib, bunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərdə ölkə rəhbərliyinin olduqca vacib rolunu vurğulayıb və eləcə də ekstremizimə və radikalizmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlər üçün də faydalı ola biləcəyini deyib. Həmçinin, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və bir milyondan çox məcburi köçkünün olmasına baxmayaraq ölkə siyasətinin radikalizmdən uzaq olduğu qeyd olunub. B. Şaffer isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə olan əhəmiyyətli töhfəsindən danışaraq bu sahədə qazandığı statusu qeyd edib.

Qeyd etmək lazımdır ki, AİPAC təşkilatının hər il Vaşinqtonda keçirilən illik siyasi konfransı yəhudi icmasının ən böyük siyasi tədbiridir və tədbirdə 20000 nəfər yaxın iştirakçı, o cümlədən, ABŞ administrasiyasının və Konqresin nümayəndələri, digər yüksək rütbəli xadimlər, həmçinin İsrail və digər dövlətlərin xadimləri qatılır.

Bu ilki konfransda ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsrailin Baş naziri Benyamin Netanyahu, Albaniyanın Baş naziri Edi Rama və Baltikyanı dövlətlərin xarici işlər nazirlərinin çıxışları nəzərdə tutulur.

Ordu.az

Foto

Teqlər: Albert-Aqarunov   AİPAC   Qarabağ  

AİPAC-ın konfransında Milli Qəhrəmanımızın xatirəsi anılıb - FOTOLAR

2018/03/1_1520232942.jpg
Oxunub: 2002     14:52     05 Mart 2018    