Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mübahisə Edən Tərəflərin Barışığı Mərkəzinin sədri, general-mayor Yuri Yevtuşenko bəyan edib.
“Gün ərzində Hələb, Latakiya və Dəməşqdə silahlı qruplaşmalar tərəfindən atəşkəsin pozulması halları qeydə alınıb. Şərqi Qutada vəziyyət gərgin olaraq qalır”, - deyə Yevtuşenko bildirib.
General-mayor qeyd edib ki, ötyən gün ərzində Suriya paytaxtı və onun ətraflarına Şərqi Quta istiqamətindən 24 mina atılıb.
“Mina və raket zərbələri nəticəsində dağılan binalar və xəsarət alan insanlar var”, - deyə Yevtuşenko vurğulayıb.
Ağalar Qəribov
Ordu.az