Ordu.az “Sana” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
O, bu barədə İran xarici işlər nazirinin müavini Hüseyn Cəbəri Ənsari ilə görüşü çərçivəsində bildirib.
Əsəd qeyd edib ki, ölkəsinin gələcəyi barədə siyasi qərar onun xalqına aid olacaq.
“Şərqi Quta əhalisi terrorçuların əlindən qurtularaq dövlətin nəzarəti altına qayıtmaq istəyir”, - deyə Əsəd vurğulayıb.
Suriya prezidenti həmçinin ordunun Şərqi Qutada terrorçulara qarşı mübarizəni davam etdirəcəyini açıqlayıb.
Ağalar Qəribov
Ordu.az