Çin Pakistanın Civəni yarımadasında Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) uğurlu olması üçün olduqca əhəmiyyətli rol oynayan Quadar limanı yaxınlığında hərbi baza tikmə planlarını sürətləndirir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, mənbələr planın Çin XAO-nun 16 zabitinin dekabrın 18-də yarımadaya səfəri zamanı hazırlandığını iddia edir.
Artıq bu planın sürətləndirilidyi bildirilir. Məlumata görə, planın gözlənilməz şəkildə üzə çıxmasından sonra həm Pekin, həm də İslamabad iddiaları təkzib etdi. Lakin yanvarı 5-də yenidən araşdırma aparılıb və Civani bazası üçün hazırlanan təqvim planı tezləşdirilib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Çin
Pakistan
Quadar