NATO: S-400 kompleksləri faydasızdır

2018/03/916_1520069961.jpg
Oxunub: 3664     17:37     03 Mart 2018    
“NATO-da hesab edirlər ki, Rusiyanın S-400 zenit raket kompleksləri faydasızdır, belə ki, onlar Alyansın raket əleyhinə müdafiə sistemləri ilə inteqrasiya etmirlər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Rouz Getemüller bəyan edib.

“NATO üzvləri Rusiyadan S-400 sistemlərini almazdan öncə onların uyğunsuzluğunu nəzərə almalıdırlar”, - deyə Getemüller bildirib.

O qeyd edib ki, S-400-lərin effektivliyini yalnız NATO-nun bu prosesdə iştirakı ilə artırmaq mümkündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya   S-400  


Bizi "telegram"da izləyin