Ukraynada gərginlik davam edir: 1 ölü, 2 yaralı

2018/03/913_1520068148.jpg
Oxunub: 1888     17:11     03 Mart 2018    
Ukraynanın şərqində - ATO zonasında gərginlik davam edir, gecə saatlarında atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun daha bir hərbçisi öldürülb.

Ordu.az Rbc.ua saytına istinadən xəbər verir ki, bu barədə ATO qərargahının mətbuat xidməti məlumat yayıb.

“Geridə qalan gün ərzində separatçılar 8 dəfə atəşkəsi pozublar. Nəticədə bir Ukrayna hərbçisi vəfat edib, daha iki hərbi qulluqçu isə yaralanıb”, - deyə məlmatda bildirilir.

Qeyd edilir ki, separatçı qüvvələr Ukrayna ordusunun mövqelərini minaatanlarla da atəşə tutublar, halbuki onlar təmas xəttindən geri çəkilməli idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ATO   Donbas  


Bizi "telegram"da izləyin