Ordu.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, bu barədə keçmiş ABŞ prezidenti Ronald Reyqanın köməkçisi Duq Bendou bəyan edib.
O qeyd edib ki, ABŞ Suriyada aşırı dərəcədə çox tapşırıq icra etməli oldu, lakin Birləşmiş Ştatların öhdəsinə götürdüyü vəzifələrdən bir neçəsinin icra edilməyəcəyi əvvəldən məlum idi.
“İŞİD-lə mübarizə, demokratik müxalifətin dəstəklənməsi, PYD ilə əməkdaşlıq, Əsəd rejimi ilə mübarizə ABŞ-ın hədəfləri arasında idi. Lakin bununla yanışı bir sıra kiçik terrorçu qruplarla da mübarizə aparmaq lazım gəldi”, - deyə Bendou bildirib.
Onun sözlərinə görə, əgər ABŞ koalisiyası İŞİD-i məhv etmək və PYD-ni öz tərəfinə çəkmək tapşırıqlarının öhdəsindən gəldisə də, digər tapşırıqları icra edə bilmədi - Bəşər Əsəd hakimiyyətdə qaldı, Suriyada vətəndaş müharibəsi davam edir, qonşu dövlətlər isə öz geosiyası maraqlarından imtina etməyib.
“Son dövrlərdə ABŞ ümumiyyətlə irimiqyaslı tapşırıqların öhdəsindən gələ bilməyib. Buna misal olaraq, Asiya, Balkanlar, Afrika və Yaxın Şərq ölkələrindəki uğursuzluqları göstərmək olar”, - deyə Bendou vurğulayıb.
Ağalar Qəribov
Ordu.az