Ordu.az xəbər verir ki, bu barədə CNN adını açıqlamadığı mənbəsinə istinadən məlumat yayıb.
ABŞ hökumətinin müstəqil üzvü olan mənbə qeyd edib ki, KXDR Olimpiada müddəti ərzində öz raketlərinin idarəetmə imkanlarını xeyli sayda təkmilləşdirməyə nail olub.
Bundan sonra KXDR öz raketləri vasitəsilə hədəfləri dəqiq şəkildə vura biləcək. Lakin digər tərəfdən Şimali Koreya nüvə yüklü döyüş başlıqları sahəsində bir sıra texnoloji çətinliklərlə üzləşib.
O cümlədən hazırda Pxenyanda raket mühərrikləri və atəş qurğularının yaxşılaşdırılmasına dair işlər aparılır.
Mənbə həmçinin bildirib ki, KXDR bununla ABŞ-ın sanskiya və diplomatik təzyiqinə cavab verir.
Ağalar Qəribov
Ordu.az