Ordu.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu barədə nəşrin redaktoru Meri Decevski öz məqaləsində yazıb.
Jurnalistin fikrincə, ismarıc aydın şəkildə iki hissəyə bölünürdü və onun ikinci hissəsi daha çox rusiyalılara ünvanlanmırdı.
“Putin qeyd etdi ki, Rusiya unikal raketlər yaradıb və onlar istənilən müdafiə sistemini keçməyə qadirdir. Sonra irimiqyaslı manevrlər həyata keçirilən PUA-ların nümayişi oldu. Rusiya prezidentinin bu çıxışı həzzverici idi”, - deyə Decevski bildirib.
O qeyd edib ki, Vladimir Putinin çıxışı Vaşinqtonu Rusiyaya bərabərhüquqlu ölkə kimi baxmağa vadar edəcək.
Ağalar Qəribov
Ordu.az