Yaponiya XİN ABŞ-da KXDR-i müzakirə etmək niyyətindədir

2018/03/457567_1520060903.jpg
Oxunub: 1541     15:07     03 Mart 2018    
Yaponiya xarici işlər naziri Taro Kono mart ayında ABŞ-a səfər edərək dövlət katibi Reks Tillerson və müdafiə naziri Ceyms Mettislə görüşə bilər.

Ordu.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Kononun ABŞ-a səfəri martın ortalarına təsadüf edəcək.

Səfər çərçivəsində Pxençxanda keçirilən Paralimpiadanın yekunları üzrə bundan sonra da KXDR-ə qarşı təsirin artırılması müzakirə ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   KXDR  


Bizi "telegram"da izləyin