Tramp: “Əsəd rejiminin vəhşilikləri ilə barışmaq niyyətində deyiləm”

2018/03/345345_1520060683.jpg
Oxunub: 3138     14:58     03 Mart 2018    
“Birləşmiş Ştatlar Suriya lideri Bəşər Əsədin vəhşilikləri ilə barışmayacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tramp bu barədə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla telefon danışığı çərçivəsində bildirib.

Tərəflər Rusiya və İranın Suriya prezidentini dəstəkləməyə son verməli olduğunu vurğulayıblar.

“Həmçinin tərəflərin fikrincə, Suriya hökuməti Şərqi Qutada insan hüquqlarının mühafizəsi ilə bağlı vəziyyətin pisləşməsinə görə məsuliyyət daşımalıdır”, - deyə məlumatda qeyd edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   Əsəd  


Bizi "telegram"da izləyin