Tramp, Merkel və Makron Putinin bəyanatını müzakirə ediblər

2018/03/6456456_1520056853.jpg
Oxunub: 2879     13:59     03 Mart 2018    
ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin yeni silahlar barədə bəyanatını müzakirə ediblər.

Ordu.az Eurasian-defence.ru saytına istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tərəflər Rusiya prezidentinin yeni nüvə silahlarına dair bəyanatından narahatdırlar.

Tramp Merkel və Makronla ayrı-ayrılıqda söhbətləşib.

“Liderlər Rusiya prezidenti Vladimir Putinin nüvə silahlarının hazırlanması üzrə bəyanatının onlarda ciddi narahatçılıq yaratdığını bildiriblər. Tərəflər Rusiya və Qərb arasında məsələlər müstəvisində məhsuldar müzakirələr aparmaq barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Merkel   Makron  


Bizi "telegram"da izləyin