Ordu.az CNN-ə istinadən xəbər verir ki, milli təhlükəsizlik üzrə ABŞ yüksək səlahiyyətli rəsmiləri Pxenyanın nüvə silahına malik olmasının ABŞ-a qarşı qəbuledilməz risk olacağını düşünürlər.
Onlar Şimali Koreya nüvə silahını əldə edən kimi ona qarşı hərbi akta əl atmağı təklif edirlər. Çünki əsas qorxu KXDR-in nüvə silahını İran, Liviya və ya hansısa qeyri-dövlət aktorlarına paylama potensialıdır.
Ağalar Ağalarlı
Ordu.az