İraqda 4 İŞİD üzvü məhv edilib

2018/03/154684798453_1519996642.jpg
Oxunub: 2553     21:23     02 Mart 2018    
İraq və Suriya sərhədi yaxınlığında hücum həyata keçirməyə çalışan 4 İŞİD terrorçusu zərərsizləşdirilib.

Ordu.az “İraqi news” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Həşd əl-Şəbi” yarımhərbi qoşunların mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Təl Süfük regionunda baş verib. Sərhəddən İraq ərazisinə keçməyə çalışan terrorçular onlara əngəl olmağa çalışan qüvvələrə qarşı çıxan əsgərlərlə qarşıdurmaya girib. Nəticədə 4 terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin