ABŞ Ukrayna istehsalı olan tankı almaq niyyətindədir – VİDEO

2018/03/345345345_1519979017.jpg
Oxunub: 3866     16:22     02 Mart 2018    
Ukrayna dövlət təşkilatı olan Malışev adına Zavod ABŞ-ı bir ədəd “Oplot” tankı ilə təchiz edəcək.

Ordu.az Segodnya.ru saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumatda bir tankın satışının gələcəkdə Ukrayna və ABŞ arasında ağır silahlanma sahəsində əməkdaşlığa səbəb ola biləcəyi qeyd olunur.

Bu yaxınlarda ABŞ ordusunun ehtiyatda olan general-leytenantı Ben Hodces Xarkovda yerləşən tank zavoduna baş çəkib və “Oplot”ların istehsal üsulu ilə yaxından tanış olub. Müqavilənin də məhz bundan sonra imzalandığı təxmin edilir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Oplot  


Bizi "telegram"da izləyin