Düşmən ordusunda dərman çatışmazlığı: Əsgərlərin vəziyyəti ağırlaşır

2018/03/resizer565_1518007340_1519976085.jpg
Oxunub: 3108     15:25     02 Mart 2018    
İşğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun bölmələrindən birində bir neçə gün bundan əvvəl baş vermiş hadisə əsgər valideynlərinin hiddətinə səbəb olub.

Ordu.az xəbər verir ki, şəkərli diabet xəstəsi olan Avetis Saakyan adlı əsgər hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Lakin burada dərman olmadığından hərbi qulluqçuya heç bir ixtisaslı tibbi yardım göstərilmədən o yenidən xidmət yerinə göndərilib. Bundan sonra hərbi hissədə hərbiçinin vəziyyəti birdən-birə pisləşıb.

Qalmaqalın hay-küyə səbəb olacağıından qorxan hərbi hissə komandiri vəziyyəti ağırlaşan A. Saakyanın təcili olaraq Xankəndi hərbi hospitalına yerləşdirilməsi barədə tapşırıq verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Xəstəlik  


Bizi "telegram"da izləyin