Ordu.az xəbər verir ki, bu günlərdə işğalçı ordunun daha bir hərbi qulluqçusu narkotik vasitə daşıyarkən saxlanılıb.
Məlumatda bildirilir ki, Ermənistan ordusunun zabiti baş leytenant Davit Karamyan özünə məxsus 35 NS 547 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomaşını ilə narkotik maddə apararkən Dağlıq Qarabağ ərazisindəki Metsşen yaşayış məntəqəsində yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.
Ordu.az