Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Əməkdaşlığı və Təhlükəsizlik İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Ukrayna hökuməti ABŞ-dan 210 ədəd “Javelin” raketi və 37 ədəd “Javelin” tank əleyhinə raket kompleksi almaq niyyətindədir.
Qiyməti 47 milyon dolları keçməyən müqaviləyə həmçinin Ukrayna hərbçilərinin bu silahdan istifadəyə öyrədilməsi də daxildir.
Ağalar Qəribov
Ordu.az