Ordu.az xəbər verir ki, bu günlərdə işğal altında olan Cəbrayıl və Ağdərə rayonları ərazisində övladları qulluq edən ermənistanlı valideynlər düşmən ölkənin müdafiə nazirliyinə bir neçə müraciət ünvanlayıblar. Onların israrlı xahişlərinə cavab verilmədiyindən əsgər ailələri narahatlıqlarını sosial şəbəkələrdə bölüşməklə problemə diqqət cəlb etmək istəyirlər.
Məsələ ondan ibarətdir ki, qışa hazırlıq həyata keçirilmədiyindən, istilik və isti geyim çatışmadığından ön xətt mövqelərində və postlarda əsgərlər saatlarla soyuqda qalmağa məcbur olurlar. Son günlər kütləvi şəkildə pnevmaniya xəstəliyinə tutulan hərbi qulluqçuların hərbi tibb məntəqələrinə və mülkü xəstəxanalara yerləşdirilməsi barədə müvafiq qurumlar tərəfindən göstəriş də verilib.
Bütün bunlar azmış kimi, kütləvi pnevmaniya hallarını ictimaiyyətdən gizlətmək məqsədilə hətta valideynlərə övladları üçün isti paltar və dərman preparatları gətirilməsinə də imkan verilmir.
Ordu.az