Dəməşqdəki İran bazasında güclü raketlər saxlanılır? - PEYK FOTOLARI

2018/03/59_1519922166.png
Oxunub: 1686     00:34     02 Mart 2018    
İddialara görə, peyk görüntüləri İranın Dəməşqin kənarında İsraili vurmağa qadir raketləri saxlamaq məqsədilə hərbi baza tikdiyini göstərir.

Ordu.az “Telegraph”a istinadən xəbər verir ki, İsrail hökuməti bununla İranın “qırmızı xətti” keçdiyini düşünür.

İsrailin peyk şirkəti “İmageSat İnternational”ın əldə etdiyi fotolarda sözügedən bazada təzəliklə bir cüt raket anqarının tikildiyi görünür. Bu anqar İsrailin keçən il bombaladığı başqa bir İran bazasına bənzəyir. Bu bazanın Dəməşqin şimal-qərbindən 8 mil kənarda yerləşdiyi bildirilir.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   Hərbi-baza  


Bizi "telegram"da izləyin