Almaniya NK: Rusiyanın kiberhücumda iştirakı barədə məlumatlar yoxdur

2018/03/869_1519909853.jpg
Oxunub: 3688     21:15     01 Mart 2018    
“Rusiyanın Almaniyanın dövlət orqanlarının şəbəkəsinə kiberhücumu barədə məlumatlar mövcud deyil”.

Ordu.az “Reuters” agentliyinə istiandən xəbər verir ki, bu barədə Almaniya iqtisadiyyat və energetika naziri Brigitt Sipris bəyan edib.

“Hazırda bu məsələ üzrə diskussiya aparılmır. Bu barədə biz heç nə deyə bilmərik”, - deyə Sipris bildirib.

Onun sözlərinə görə, hücumun Rusiya ilə əlaqələndirilməsində digər ölkələrin marağı ola bilər, lakin hələlik Almaniya bu barədə məlumata sahib deyil.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Rusiya   Kiberhücum  


Bizi "telegram"da izləyin