Pentaqon Poroşenkonu təkzib etdi: Silah təchizatı yaxın həftələrdə olmayacaq

2018/03/868_1519909190.jpg
Oxunub: 3997     20:53     01 Mart 2018    
Ukrayna prezidenti Petro Poroşenkonun yaxın həftələr çərçivəsində Ukraynaya silah təchizatı barədə açıqlaması doğru deyil.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, silah təchizatının konkret müddətləri barədə danışmaq, zamanı qabaqlamaq olar və hələ dəqiq tarixlər müəyyənləşdirilməyib.

Xatırladaq ki, Ukrayna prezidenti dünən keçirdiyi mətbuat konkransında ABŞ-ın ilk silah partiyasının Ukraynaya artıq bir-iki həftəyə çatdırılacağını açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Pentaqon   Petro-Poroşenko  


Bizi "telegram"da izləyin