Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Rusiya və ya onun müttəfiqlərinə qarşı nüvə silahının istənilən tətbiqi nüvə hücumu kimi qiymətləndiriləcək və dərhal cavablandırılacaq”, - deyə Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, yüksək dəqiqlikli strateji silahların yaradılmasına baxmayaraq, ölkəsi heç kəsə hücum etməyə hazırlaşmır.
Ağalar Qəribov
Ordu.az