De Mistura: “Prioritet tapşırıq Şərqi Qutada döyüşlərin dayandırılmasıdır”

2018/03/862_1519907839.jpg
Oxunub: 1622     20:35     01 Mart 2018    
“Hazırda BMT üçün prioritet tapşırıq Dəməşq yaxınlığındakı Şərqi Qutada döyüşlərin dayandırılmasıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi səfiri Staffan de Mistura bəyan edib.

O qeyd edib ki, yanvar ayında Soçidə Suriyada konstitusiya komitəsinin yaradılması barədə qəbul olunan qərar üzrə işlər hələ də davam edir.

“Suriyada tərəflər BMT Təhlükəsizlik Şurasının 30 günlük atəşkəs barədə 2401 nömrəli qətnaməsini icra etməlidirlər”, - deyə de Mistura bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Şərqi-Quta   BMT  


Bizi "telegram"da izləyin