Şərqi Qutada 300-ə yaxın mülki şəxs humanitar dəhlizə daxil ola bilmir

2018/03/056765_1519901389.jpg
Oxunub: 2648     18:58     01 Mart 2018    
"Ceyş əl-İslam" terror qrulaşmasının bombardmanından dolayı təxminən 300 mülki şəxs humanitar dəhlizə keçə bilmir.

Ordu.az “Əl-Məsdər” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyadakı əks tərəfləri bir araya gətirmək üçün qurulan Rusiya Vasitəçilik Mərkəzi məlumat yayıb.

"Giriş nöqtəsi Hauş-Mübarək regionundan minomyotlarla hücuma məruz qalıb. Xoşbəxtlikdən itki yoxdur, lakin 300-ə yaxın mülki şəxs humanitar dəhlizə daxil ola bilmir", - deyə mərkəzin bəyanatında qeyd olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şərqi-Quta   Terror  


Bizi "telegram"da izləyin