KXDR Cənubi Koreya-ABŞ hərbi təlimlərinə qarşı mənfi mövqeyini təkrarlayıb

2018/03/GettyImages-169647716-700x420456456_1519892234.jpg
Oxunub: 2005     16:15     01 Mart 2018    
Yüksək səlahiyyətli Şimali Koreya nümayəndə heyəti Cənubi Koreya ilə Birləşmiş Ştatların ortaq hərbi təlimlərinə qarşı ölkənin cari mövqeyini bir daha dilə gətirib.

Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya birləşmə nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, Qış Olimpiya oyunlarının bağlanış mərasimi münasibətilə Cənuba gələn KXDR nümayəndə heyəti ortaq hərbi təlimlərin dayandırılmasını tələb edib. Lakin Seul və Vaşinqton Şimalın tələblərini rədd edərək, təlimlərin sadəcə müdafiə xarakterli olduğunu bildirib.

Tələbin rədd edilməsinin düzgün olmadığını düşünən bəzi cənublu rəsmilər öz hökumətləri ilə Şimali Koreyanın sanki mövqe dəyişikliyi etdiyini söyləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Hərbi-təlimlər  


Bizi "telegram"da izləyin