Cənubi Koreya: ABŞ-la birgə hərbi təlimlər təxirə salınmayacaq

2018/02/7987984645_1519823023.png
Oxunub: 4367     21:04     28 Fevral 2018    
Cənubi Koreya prezident administrasiyası Seul və Vaşinqtonun ortaq hərbi təlimlərin təxirə salınması ilə bağlı müzakirələr apardığına dair yayılan şayiələri təkzib edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət hər hansısa təxirə salma təklifinin edilmədiyini bildirib.

Xatırladaq ki, daha öncə çıxan xəbərlərdə Cənubi Koreyanın Şimalla istiləşən münasibətləri korlamamaq üçün ABŞ-la birgə hərbi təlimləri yenidən təxirə salmağı istədiyi bildirilirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ   KXDR  


Bizi "telegram"da izləyin