Sinayda 11 terrorçu məhv edilib

2018/02/1-92345345_1519818010.jpg
Oxunub: 3758     19:40     28 Fevral 2018    
Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında həyata keçirdiyi əməliyyat nəticəsində daha 11 terrorçu məhv edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Tamər əl-Rifai bildirib.

Onun sözlərinə görə, terrorçuların kamikadze hücumunun qarşısı alınıb. Bundan başqa sığınacaqlarına həyata keçirilən hücum nəticəsində 3 ədəd AK-47 hücum tüfəngi və 2 ədəd kustar partlayıcı qurğu aşkarlanıb.

Ağalar Qəribov
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinay   Terror  


Bizi "telegram"da izləyin