Ermənistan MN-dən daha bir gizli fakt: 5 yaralı barədə məlumat verilməyib

2018/02/12_1519022397234234_1519724186.png
Oxunub: 3274     17:36     27 Fevral 2018    
2 avqust 2016-cı ildə işğal altında olan Ağdam istiqamətində yerləşən qanunsuz hərbi birləşmələrin birində əsgər yoldaşına kömək edərkən, minaya düşərək ölən Qevorq Harutyunyanın valideynləri onun ölümünü unuda bilmirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni əsgərin anası, tabor komandiri olan Qandilyanın oğlunun məzuniyyətə buraxılmasına mane olub. Qevorq Harutyunyan anasına bildirib ki, məzuniyyətə getmək üçün “tanış” müdaxiləsi vacibdir.

Daha sonra ön xəttdə döyüş növbətçiliyinə aparılıb və ölüm hadisəsi baş verib. Məlumatda onunla birgə 5 nəfərin də yaralandığı bildirilir. Qevorq Harutyunayan kiçik çavuş rütbəsində olmaqla manqa komandiri olub. Anası son zamanlar onun xidmətində problemlərinin olduğunu hiss etdiyini qeyd edib.

Xatırladaq ki, 2 avqust 2017-ci il saat 15.00 radələrində baş vermiş hadisə zamanı yalnız ölən hərbi qulluqçu barədə məlumat verilib. Digər yaralı 5 nəfər barədə heç bir məlumat verilməyib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Gizli   Yaralı  


Bizi "telegram"da izləyin