"Qarabağda hərbi toqquşmaların yenidən başlanması təhlükəsi getdikcə artır" - Riçard Kozlariç

2018/02/2-51765765_1519722363.jpg
Oxunub: 4150     17:05     27 Fevral 2018    
"Ermənistanda, Azərbaycan və Rusiyada seçki prosesinin başa çatmasından və hökumətin qurulmasından sonra Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasına imkan yarana bilər, yaxud əksinə hərbi əməliyyatlar yenidən başlaya bilər".

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına verdiyi müsahibədə, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Riçard Kozlariç bildirib.

Amerikalı ekspert, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını faydalı hesab etmədiyini qeyd edib.

"Hazırda Azərbaycan və Ermənistan arasında hərbi toqquşmaların yenidən başlanılmasının getdikcə artdığı çox təhlükəli dövr yaşanır", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə   Kozlariç  


Bizi "telegram"da izləyin