Xocalı faciəsi hərbi hissələrdə anılıb - VİDEO

2018/02/af4be2a08e70965a8ede8f96a6b4c15b_1519663868_1519667092.jpg
Oxunub: 4470     01:44     27 Fevral 2018    
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Müdafiə Nazirliyinin hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, bu gün hərbi hissələrin şəxsi heyəti tərəfindən Bakı və digər şəhərlərdə “Xocalı soyqırımı” abidələri ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər və faciənin şahidləri ilə görüşlər keçirilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xocalı-soyqırımı   Cəbhə  


Bizi "telegram"da izləyin