Erməni ordusunda etnik kimliklər sıxışdırılır: Yezidi kürd döyüldü

2018/02/resizer565_1518007340345345_1519650922.jpg
Oxunub: 4032     21:14     26 Fevral 2018    
Ermənistan ordusunun milliyətcə yezidi kürd olan hərbi qulluqçusu xidmət yoldaşları tərəfindən döyülüb.

Ordu.az xəbər verir ki, hadisə işğalçı ordunun Ağdərə yaşayış məntəqəsində yerləşdirilmiş 6-cı alayın bölmələrindən birində baş verib.

İnsidentdə Volodya Hunayanın adı hallandığından faktla bağlı istintaq davam edir. Kürd əsilli hərbi qulluqçunun aldığı xəsarətlər barədə ekspertiza rəyi veriləcək.

Hadisə ictimaiyyətdən gizlədilsədə hərbçinin ailəsi bundan xəbər tutub və əgər məsələ ört-basdır edilərsə yuxarı instansiyalara şikayət edəcəklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yezidi-kürd   Dedovşina   Erməni-ordusu  


Bizi "telegram"da izləyin